Əsas məzmuna keç
Məhkəmələr kataloqu

Ağcabədi Rayon Məhkəməsi

← Bütün məhkəmələr

ÜnvanAğcabədi şəhəri, Ü.Hacıbəyov küçəsi, 153
Telefon887
E-poçtagcabedi@courts.gov.az

Ağcabədi Rayon Məhkəməsi haqqında

Təsvir

Ağcabədi Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Ağcabədi rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır
 


Rayon haqqında qısa məlumat

“Ağcabədi” sözünün mənası “iri məskən” deməkdir (ağca-iri, badi-məskən, qəsəbə). Ağcabədi rayonu Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Bu qədimliyi sübut edən maddi əlamətlərdən olan Eneolit, Tunc, Antik dövrlərə və orta əsrlərə aid yaşayış yerlərinin qalıqları – Kamiltəpə, Nərgiztəpə, Qaraköbər, Yantəpə, Qalatəpə və Gavur arxı diqqəti cəlb edir. Tarixçilər bu təpələri Misir ehramları ilə müqayisə edərək qeyd edirlər ki, hətta Gavur arxının Makedoniyalı İsgəndər tərəfindən təmir edildiyi güman olunduğu halda, XVI əsrdə Teymurləng tərəfindən tam təmir olunması tarixi faktdır. Rayonda orta əsrlərə aid daşdan yonulmuş formalı başdaşlarına qəbiristanlıqlarda rast gəlmək olur.

Ağcabədi rayonu 1930-cu ildə təşkil edilmiş və həmin tarixdə də Ağcabədi Rayon Xalq Məhkəməsi (indiki Ağcabədi Rayon Məhkəməsi) yaradılmışdır. Daha sonra 1963-cü ildə Ağcabədi rayonu ləğv olunub Ağdam rayonunun tabeliyinə verilmiş, 1965-ci ildə isə yenidən müstəqil rayon olmuşdur. Ağcabədi Azərbaycan Respublikasında 1939-1962-ci illərdə şəhər tipli olmuşdur. Qarqar çayının hər iki sahilində Mil və Qarabağ düzlərindədir. Rayonda 1 şəhər, 1 qəsəbə, 43 kənd var. Rayon Zərdab, Beyləqan, Füzuli, Bərdə, Ağdam, Xocavənd və İmişli rayonları ilə həmsərhəddir. Bakıdan 314 km məsafədə yerləşən Ağcabədinin ərazisi 17856 km², əhalisinin sayı isə 124 min 84 nəfərdir (04 iyul 2011). Ermənilərin işğalçılıq siyasəti nəticəsində Ağcabədi rayonunda 15.622 nəfər qaçqın və məcburi koçkün məskunlaşmışdır.

Məhkəməyə müraciət və hüquqi yardım

İddia ərizəsi, apellyasiya və digər prosessual sənədlər hazırlanarkən işin aidiyyəti, prosessual müddətlər və sübutlar ayrıca qiymətləndirilməlidir. Məhkəmənin səlahiyyətlərini və aktual əlaqə məlumatlarını rəsmi mənbədən yoxlayın.

Tez-tez verilən suallar

Bu məhkəməyə necə müraciət edə bilərəm?

Müraciət qaydası işin kateqoriyasından və prosessual qanunvericilikdən asılıdır. Ərizənin təqdim edilməsindən əvvəl məhkəmə aidiyyəti və tələb olunan sənədlər yoxlanılmalıdır.

İddia ərizəsini onlayn hazırlatmaq mümkündürmü?

MEHKEME.ONLINE üzərindən hüquqi sənədin hazırlanması üçün sifariş verə bilərsiniz. Bu sifariş məhkəməyə elektron prosessual müraciət hesab edilmir.

Məhkəmə qərarından şikayət etmək olar?

Şikayət imkanı qərarın növü, instansiya və qanunla müəyyən edilmiş müddətlərdən asılıdır. Qərar hüquqşünas tərəfindən təhlil edilməlidir.

Dövlət rüsumu nə qədərdir?

Rüsum müraciətin növü və digər qanuni şərtlər əsasında müəyyən edilir. Rüsumu rəsmi kalkulyatorda yoxlayın; hüquqi xidmət haqqı dövlət rüsumundan ayrıdır.

MEHKEME.ONLINE müstəqil məlumat platformasıdır. Məhkəmə məlumatlarını və müraciət qaydalarını rəsmi mənbədən yoxlayın. Bu saytdakı müraciət forması məhkəməyə prosessual sənəd təqdim etmir.