Əsas məzmuna keç
Məhkəmələr kataloqu

Bakı Apellyasiya Məhkəməsi

Məhkəmə haqqında

Bakı Apellyasiya Məhkəməsi

Təsvir

Bakı Apellyasiya Məhkəməsi apellyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə məhkəmə aktlarından verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır. Bakı Apellyasiya Məhkəməsi Rəyasət Heyətindən, Cinayət Kollegiyasından, Mülki Kollegiyadan, İnzibati Kollegiyadan və Kommersiya Kollegiyasından ibarətdir.

Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə Sisteminin Müasirləşdirilməsi” Layihəsi çərçivəsində Bakı Apellyasiya Məhkəməsinin yeni inzibati binasının layihəsi hazırlanmışdır.
 

Bakı Apellyasiya Məhkəməsi


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi və yaxından iştirakı ilə aparılmış məhkəmə hüquq islahatlarının ilkin nəticələrindən biri olaraq respublikamızda üçpilləli məhkəmə sistemi – birinci instansiya, apellyasiya instansiyası və kassasiya instansiyası məhkəmələri yaradılmış və bu sistem Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 19 yanvar 2006-cı il tarixli Fərmanla yeni mərhələyə qədəm qoymuşdur.

16 iyul 2007-ci ildən fəaliyyətə başlamış Bakı Apellyasiya Məhkəməsi mülki, inzibati və kommersiya mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.

Bakı Apellyasiya Məhkəməsi Rəyasət Heyətindən, Cinayət Kollegiyasından, Mülki Kollegiyadan, İnzibati Kollegiyadan və Kommersiya Kollegiyasından ibarətdir.

Bakı Apellyasiya Məhkəməsinin kollegiyaları apellyasiya instansiyası məhkəməsi kimi öz ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri tərəfindən baxılmış işlər üzrə qərarlardan verilmiş apellyasiya şikayətləri və apellyasiya protestləri üzrə işlərə baxır.


Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri aşağıdakılardır:


– Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi;

– Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi;

– Bakı Şəhəri Xətai Rayon Məhkəməsi;

– Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi;

– Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi;

– Bakı Şəhəri Nizami Rayon Məhkəməsi;

– Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi;

– Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi;

– Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi;

– Bakı Şəhəri Səbail Rayon Məhkəməsi;

– Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi;

– Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi;


– Bakı Ağır Cinayətlər Məhkəməsi (Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə);


– Bakı Hərbi Məhkəməsi (Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazi vahidlərində baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar üzrə);


– Bakı İnzibati Məhkəməsi;


– Bakı Kommersiya Məhkəməsi.

Yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri

  • Bakı Şəhəri Səbail Rayon Məhkəməsi
  • Bakı Şəhəri Nizami Rayon Məhkəməsi
  • Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi
  • Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi
  • Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi
  • Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi
  • Bakı Ağır Cinayətlər Məhkəməsi
  • Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi
  • Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi
  • Bakı Hərbi Məhkəməsi
  • Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi
  • Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi
  • Bakı Şəhəri Xətai Rayon Məhkəməsi
  • Bakı Kommersiya Məhkəməsi
  • Bakı İnzibati Məhkəməsi
Hüquqi xidmətlər

Məhkəmə işi üzrə sənədlərin hazırlanması

İddia ərizəsi, şikayət və digər prosessual sənədlərin hazırlanması üçün müraciət edə bilərsiniz. Məhkəmə aidiyyəti, sənədlər və müddətlər işin hallarına əsasən qiymətləndirilir.

Məlumat və izahlar

Tez-tez verilən suallar

Bu məhkəməyə necə müraciət edə bilərəm?

Müraciət qaydası işin kateqoriyasından və prosessual qanunvericilikdən asılıdır. Ərizə təqdim edilməzdən əvvəl məhkəmə aidiyyəti, müddətlər və tələb olunan sənədlər yoxlanılmalıdır.

İddia ərizəsini onlayn hazırlatmaq mümkündürmü?

MEHKEME.ONLINE vasitəsilə hüquqi sənədin hazırlanması üçün sifariş göndərə bilərsiniz. Bu sifariş məhkəməyə elektron prosessual müraciət hesab edilmir.

Məhkəmə qərarından şikayət etmək olarmı?

Şikayət hüququ qərarın növündən, instansiyadan və qanunla müəyyən edilən prosessual müddətlərdən asılıdır. Müvafiq qərar və iş materialları ayrıca qiymətləndirilməlidir.

Dövlət rüsumu nə qədərdir?

Dövlət rüsumu müraciətin növü, tələbin məzmunu və tətbiq olunan qanunvericilik əsasında müəyyən olunur. Hüquqi xidmət haqqı dövlət rüsumundan ayrıdır.