Əsas məzmuna keç
Məhkəmələr kataloqu

Ağdam Rayon Məhkəməsi

Məhkəmə haqqında

Ağdam Rayon Məhkəməsi

Təsvir

Ağdam Rayon Məhkəməsi birinci instansiya məhkəməsi kimi Ağdam rayonunun ərazisi çərçivəsində qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət, inzibati xətalara dair və digər işlərə baxır.

Rayon haqqında qısa məlumat

Ağdam rayonu 1930-cu ildə yaradılıb. Həmin tarixdə də Ağdam Rayon Xalq Məhkəməsi (indiki Ağdam Rayon Məhkəməsi) yaradılıb. Relyefi əsasən düzənlik, qismən dağlıqdır. Dəniz səviyyəsindən yüksəkliyi 410 metr, maksimum yüksəklik 1365 metrdir. Rayonun ərazisindən Qarqar və Xaçın çayları axır. Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri min illərdən keçərək bugünə gəlib çatmışdır. Rayonun ərazisində 50-ci illərdən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir.


1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu. 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri işğal olunub.

20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olur. Bununla Ağdam şəhərinin işğalına son qoyulur. 

Hüquqi xidmətlər

Məhkəmə işi üzrə sənədlərin hazırlanması

İddia ərizəsi, şikayət və digər prosessual sənədlərin hazırlanması üçün müraciət edə bilərsiniz. Məhkəmə aidiyyəti, sənədlər və müddətlər işin hallarına əsasən qiymətləndirilir.

Məlumat və izahlar

Tez-tez verilən suallar

Bu məhkəməyə necə müraciət edə bilərəm?

Müraciət qaydası işin kateqoriyasından və prosessual qanunvericilikdən asılıdır. Ərizə təqdim edilməzdən əvvəl məhkəmə aidiyyəti, müddətlər və tələb olunan sənədlər yoxlanılmalıdır.

İddia ərizəsini onlayn hazırlatmaq mümkündürmü?

MEHKEME.ONLINE vasitəsilə hüquqi sənədin hazırlanması üçün sifariş göndərə bilərsiniz. Bu sifariş məhkəməyə elektron prosessual müraciət hesab edilmir.

Məhkəmə qərarından şikayət etmək olarmı?

Şikayət hüququ qərarın növündən, instansiyadan və qanunla müəyyən edilən prosessual müddətlərdən asılıdır. Müvafiq qərar və iş materialları ayrıca qiymətləndirilməlidir.

Dövlət rüsumu nə qədərdir?

Dövlət rüsumu müraciətin növü, tələbin məzmunu və tətbiq olunan qanunvericilik əsasında müəyyən olunur. Hüquqi xidmət haqqı dövlət rüsumundan ayrıdır.